Sürücü cərimədən məhkəməyə şikayət etdikdə əlavə ödəniş tələb edilirmi? - AÇIQLAMA - VİDEO
Nəqliyyat xəbərləri11 Aprel 2022 | 17:29
OXUNUB: 2782
Bəzən sürücülər onlara yazılan cərimələrin qanunsuz tərtib edildiyini iddia edirlər. Sürücülərin ən çox şikayət etdikləri "Dayanma-durma" cəriməsinə görə yazılan protokollardan məhkəməyə şikayət etdikdə, onlardan məhkəmə ödənişlərinin də tutulacağını düşündükləri üçün, bir çox hallarda sürücülərimiz məhkəməyə müraciət etməkdən imtina edirlər.
Bəs həqiqətənmi məhkəməyə müraciət zamanı sürücülərimiz əlavə olaraq məhkəmə xərclərini də ödəməlidirlərmi?
Bununla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Bəhruz Orucov press.az-a bildirib ki, inzibati işlərlə bağlı məhkəməyə şikayət edilməsi üçün heç bir dövlət rüsumu tələb edilmir.