Sosial şəbəkələrdə yeni BMW 7-Series sedanının interyerinin şəkli peyda olub. Naməlum şəxslər salonun arxa hissəsinin şəklini dərc ediblər. Yayılan təsvirdə G70 kuzovunda olan BMW 7 Series modelinin vizit kartı aydın şəkildə əks olunur – bu, 8K icazəli 31-düymlük genişformatlı ekran-kinoteatrdır. Flaqman sedanının digər qeyri-adi detalları arasında inteqrasiya edilmiş başlıqları olan ön idman oturacaqları, konsol tərəfindən bölünmüş ikinci sıranın fərdi oturacaqları və tərkibli panoram dam var.
Avtomobil istehsalçısı artıq tərəflərin 32:9 nisbətinə və 8K təsvir ölçüsünə malik olan nəhəng displey ilə təchiz edilmiş BMW Theater Screen əyləncə sistemi haqqında məlumat verib. Lakin bu sistem ilk dəfə olaraq real avtomobildə nümayiş etdirilir. Şəkildən göründüyü kimi, kinoteatr rejimində ekranın yalnız bir hissəsi istifadə olunacaqdır.
Nümayiş olunan flaqman sedanı qeyri-adi ikirəngli interyer tərtibatına və rombşəkilli tikişlərə malikdir. Arxa sərnişinlər üçün nəzərə tutulmuş əlavə hava kanalları isə, kuzov mərkəzi dayaqlarına quraşdırılıb. Gizlilik pəncərələrdəki pərdələr vasitəsi ilə təmin edilir, iqlimə nəzarət sistemi isə, dirsəkaltının yanında yerləşən sensor ekran vasitəsilə tənzimlənir. Salonun ön hissəsinin üzərindəki sirr pərdəsi hələlik götürülməyib, lakin BMW 7 Series modelinin iDrive 8 məlumat-əyləncə sistemini alacağından şübhə etməmək olar.
Yeddinci nəsil BMW 7-Series modelinin rəsmi təqdimatına iki həftədən az vaxt qalır. Flaqman sedanının debütü aprel ayının 20-nə planlaşdırılıb və oflayn təqdimat eyni zamanda üç ölkədə baş tutacaqdır. Daxili yanma mühərrikli 7 Series sedanı ilə birlikdə onun elektrik analoqu - BMW i7 modeli də debüt edəcəkdir. Elektromobil 7 Series ailəsinin ən güclü üzvü olacaqdır.
autograph.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man