Kiyev yaxınlığında yerləşən Qostomel aerodromunda An-225 "Mriya" nəqliyyat təyyarəsinin son halı paylaşılıb.
Sfera.az xəbər verir ki, yük təyyarəsi 27 fevral 2022-ci ildə Rusiya ordusu tərəfindən vurulub.
Qeyd edək ki, Antonov An-225 "Mriya" dünyanın ən böyük yük təyyarəsi olub. 1984-1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev mexaniki zavodunda istehsal edilmişdi.
Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdu. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdu.
Təyyarənin uzunluğu 84 metr, hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metr idi. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metr olub. Təyyarənin sərnişin tutumu 88 nəfərdən ibarət idi. An-225 "Mriya" 450 tonadək yük qaldıra bilirdi.
(baku.ws)