Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov aprel ayının 15-də Füzuli rayonu, Horadiz şəhərində vətəndaşları qəbul edəcək.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görtə, qəbul saat 11:00-da Horadiz şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlər Füzuli rayonu “38 N-li Yol İstismarı” MMC və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man