AAYDA rəhbərliyi Horadizdə vətəndaşları qəbul edəcək

11 Aprel 2022 | 15:09
OXUNUB: 492

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov aprel ayının 15-də Füzuli rayonu, Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

AAYDA-dan Avtosfer.az-a verilən məlumata görtə, qəbul saat 11:00-da Horadiz şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər Füzuli rayonu “38 N-li Yol İstismarı” MMC və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man