Almaniyanın Bad Hersfeld regionunda polisin başına maraqlı iş gəlib. Avtosfer.az-ın alman mediasına istinadla xəbərinə görə, polislər səyyar sürətölçmə radarını yol kənarına quraşdırıb xidmət yerindən uzaqlaşıblar. Bir müddət sonra məlum olub ki, quraşdırdıqları radar yerində yoxdur.
Məlum olub ki, naməlum şəxs(lər) radarı götürüb aparıb. Hadisə bir neçə gün əvvəl baş versə də, oğrular tapılmayıb.
Oğurlanan radarın dəyəri 30 000 avrodur (təxminən 60 000 AZN).
Almaniya qanunvericiliyinə görə yollarda sürət rejiminə həm stasionar, həm də səyyar radarla nəzarət olunur. Radardan əvvəl xəbədarlıq nişanının qoyulması məcburi olmayıb, əyalətin rəhbərliyinin qərarı ilə tənzimlənir.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man