Pis starta səbəb yeni sükan idi - Sayns

11 Aprel 2022 | 13:58
OXUNUB: 871

“Ferrari” komandasının pilotu Karlos Sayns bildirib ki, mübarizəni dayandırdığı üçün özünü günahkar bilir.

Avtosfer.az xəbər verir ki, ispaniyalı sürücü yarışı 9-cu yerdən başlasa da, startda Hard təkərləri seçib. Buna görə də startda 13-cü yerə geriləyib. Daha sonra isə Mik Şumaxerə hücum edərkən yerində fırlanıb və mübarizəni dayandırıb.

Qəzadan sonra müsahibə verən Karlos Sayns bildirib ki, pis starta səbəb yeni sükan olub: “Bu, sürücü səhvidir və özümə tənqidi yanaşmalıyam. Bu təkərləri yeni tanıyırıq və bu həftə Hard təkərlərlə dövrələr vurmaq çətin idi. Limitdə necə sürəcəyimi bilmirdim.

Artıq nəticə çıxardım: Limitdə sürməməliyəm və səbirli olmalıyam. Ancaq komanda olaraq da mükəmməl deyildik. Çox problem yaşadıq. Məsələn, “anti-stall” (motorun dayanmasını əngəlləyən sistem) və sıralanma turundakı problem üzərimizdəki təzyiqi artırdı.

Dünəndən sükan üzərindəki bəzi düymələr işləmirdi. Sükanı yarışın startına az qalmış dəyişdirməli olduq. Buna görə də ikinci sükan yaxşı sazlanmadı və sükan üzərindəki tork xəritəsi səhv idi. Belə olan halda sərt təkərlərlə startda geriyə düşdük və yüksəlmək istəyərkən qəza etdik”.

Publika.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man