“Boeing” Yaponiyadan titan almağa başlayıb

11 Aprel 2022 | 12:49
OXUNUB: 407

Nəhəng təyyarə istehsalçıları, Rusiya tədarükçülərindən imtina etdikləri üçün Yaponiyadan titan almağa başlayıblar.

Avtosfer.az xəbər verir ki, Yaponiyanın “Toho Titanium Co.” şirkəti “Boeing”in Rusiyadan titan alışını dayandırdığı üçün Amerika müştərilərindən sifarişlər almağa başladığını bəyan edib.
Hazırda Yaponiya şirkəti təyyarə istehsalında istifadə olunan bu metalın istehsalını təcili olaraq artırır.
“Boeing Co.” və “Airbus SE” Rusiyadan satın almaqdan imtina etdiyi üçün çatışmazlıqlarla üzləşdilər. Yapon şirkəti 2022-ci ilin sonunadək 2 – 3 min. ton titan göndərməklə bağlı artıq sifariş alıb.
Qeyd edək ki, bundan öncə təyyarə istehsalçıları dünyanın ən böyük titan istehsalçısı olan Rusiyanın “VSMPO-Avisma” şirkəti ilə işləyirdilər. Bu şirkət “Boeing” və “Airbus” üçün metalın əsas mənbəyi idi. “Boeing”, martın əvvəlində Rusiyadan titan alışını dayandırdı. “Airbus” hələ də “VSMPO-Avisma”dan titan tədarükünü davam etsə də, mart ayında alternativ təchizat axtarışı barədə məlumat yaydı.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man