Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabit Rəhman küçəsində yerləşən bir neçə mənzilə qaz xətti çəkilməyib. Buna görə də sakinlər mavi yanacağa olan ehtiyaclarını qaz balonlarından istifadə edərək qarşılayırlar.
Avtosfer.az-ın məlumatına görə, sakinlər uzun müddətdir ki, çətin vəziyyətlə üz-üzə qalıblar. Mavi yanacağın olmaması sakinləri əlavə xərcə salır. Sakinlər deyirlər ki, yaxınlıqdakı evlərə qaz xətti çəkilsə də, sözügedən ərazidə 20-dən çox mənzil mavi yanacaqla təmin olunmur. Problemlə bağlı "Azəriqaz"ın sözçüsü Eldəniz Vəliyev "Xəzər Xəbər"ə bildirdi ki, həmin ərazinin qazlaşdırılması üçün sənəndləşmə işlərinə başlansa da, proses yarımçıq dayandırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man