Sumqayıtda binalardan birinin qarşısı kanalizasiya xəttinin çəkilməsi üçün qazilsa da, işlər bitəndən sonra həmin hissə asfaltlanmayıb. Sakinlər bildirirlər ki, yağışı havalarda vəziyyət çox acınacaqlı olur, binanın qarşısı keçilməz vəziyyətə düşür.
Avtosfer.az-ın məlumatına görə, sakinlər acınacaqlı vəziyyətin uzun müddətdir ki, davam etdiyini deyirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, sözügedən ünvanda kommunikasiya xətlərində tez-tez qəza baş veririrmiş. Buna görə də xətlər yenilənib. Qış dövrünə düşdüyünə görə qazıntı olan yerə asfalt örtüyünün vurulması təxirə salınıb. Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliyi ilə müqavilə bağlanıb. Yaxın vaxtlarda qazıntı aparılmış yolun asfaltlanması nəzərdə tutulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man