Şəkidə 3 avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Yol qəzaları 10 Aprel 2022 | 21:45
OXUNUB: 1613

Şəkidə üç minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə günorta saatlarında Şəki şəhərinin Fuad Abdurəhmanov küçəsində baş verib. Hərəkətdə olan, 1990-cı il təvəllüdlü Hafiz Əfəndizadənin idarə etdiyi "Niva" markalı 90 RY 039 dövlət nömrə nişanlı minik avtomobili 1995-ci il təvəllüdlü Sərxan Arif oğlu Xəlilovun idarə etdiyi "Mersedes" markalı 10 MN 810 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəzadan sonra avtomobillər yolun kənarında dayanan Vidadi Qeysər oğlu Əfəndiyevə məxsus "Hundai" markalı 55 CC 111 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində “Niva”nın sükanı arxasında sıxılmış vəziyyətdə qalan sürücü Hafiz Əfəndizadə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq Təcili Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Hafiz Əfəndizadə Şəki Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man