Yolun asfaltlanması zamanı su borusu çıxarılıb, hektarlarla ərazi susuz qalıb - VİDEO

10 Aprel 2022 | 22:09
OXUNUB: 1392

Şəkidə bir-neçə metrlik yola görə hektarlarla ərazini suvarmaq olmur. Səbəb yoldakı su borusunun çıxarılmasıdır.

Avtosfer.az-ın məlumatına görə, Şəkidə Qoxmuq-Qaradağlı yolundan Babaratma kəndinə gedən yola asfalt vurularkən su borusu çıxarılıb və sonradan yerinə qoyulmayıb. Nəticədə 37 hektar ərazidə taxıl, tütün və tərəvəzlər əkən kənd sakinləri çətin vəziyyətə düşüblər.  Qoxmuq kənd bələdiyyəsindən bildirilib ki, sakinlərin şikayətindən xəbərdardırlar. Qeyd edilib ki, su borusunun çıxarılması əkin sahələrinin suvarılmasında problem yaradır. Məsələ ilə bağlı ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kənd sakinləri tərəfindən quruma rəsmi qaydada müraciət edilməyib. ''Kənd sakinləri müraciət etikdən sonra əraziyə baxış keçiriləcək. Bundan sonra problem aradan qaldırıla bilər'',- deyə Anar Nəcəfli əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man