Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib - FOTO

10 Aprel 2022 | 16:00
OXUNUB: 1460

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Ayxan Fətullazadənin gecə klubunda ofisiant işlədiyi bildirilir.

Xəbəri Baş Prokurorluq da  təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir. Bununla da, gecə klubunda partlayışda ölənlərin sayı dördə çatıb. Qeyd edək ki, aprelin 3-də gecə klubunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib. Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man