Sosial şəbəkələrin Rusiya seqmentində Rusiya Silahlı Qüvvələri 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin həlak olması barədə məlumay yayılıb.
Sfera.az xəbər verir ki, general-mayor martın 2-də həlak olub.
Martın 2-də sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb.
Xəbəri generalın tanışı Sergey Çipilyev paylaşıb. Onun bildirdiyinə görə, Suxovetski martın 2-də öldürülüb, martın 5-də onunla vida mərasimi keçiriləcək. Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.
Şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.
(milli.az)