Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man