Bakıda qeyri-adi oğru peyda olub - Görün nə oğurlayır - VİDEO

09 Aprel 2022 | 21:45
OXUNUB: 862

Xəzər rayonunun Şağan qəsəbəsində məhəccər oğruları peyda olub. Məhəccərə qənim kəsilənlər, sakinlərin mütəmadi istifadə etdikləri pilləkənlərin kənarındakı məhəccərləri oğurlayırlar. Ərazidə yaşayan sakinlər deyirlər ki, məhəccərlərin olmaması pilləkənləri çıxıb-düşməkdə çətinlik yaradır. Xəzər rayon Polis İdarəsi oğruların qısa zamanda saxlanaraq, məsuliyyətə cəlb olunması üçün hərəkətə keçib. Söhbət Xəzər rayonu Şağan qəsəbəsində, yolun kənarındakı pilləkənlərdən gedir. Ərazidə yaşayan sakinlər, xüsusən də yaşlı insanlar, məhəccərlər yerində olmadığından pilləkənləri çıxıb-düşməkdə çətinlik çəkirlər. Sakinlər iddia edirlər ki, bir neçə gün əvvəl məhəccərlər yarısalamat olsa da, yerində idi. Amma gecə saatlarında söküb aparıblar.  Daxili İşlər Nazirliyindən bildirildi ki, hadisə ilə bağlı vətəndaşlardan Xəzər Rayon Polis İdarəsinə müraciət daxil olmayıb. Amma məsələ nəzarətə götürülüb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanması istiqamətində tədbirlər görüləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man