Çin hakimiyyəti hələ də Şanxay meqapolisində koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilmir.
Bu barədə Çin Dövlət Səhiyyə Komitəsindən bildirilib. Ötən gün ölkədə 1350 nəfərin koronavirusla kəskin formada xəstələnməsi qeydə alınıb və Çində ayrıca qeydə alınan 23 815 asemptomatik yoluxma halı müəyyən edilib. Onlardan müvafiq olaraq 16 və 78 xəstə xaricdən gəlib, qalanları isə ölkə daxilində yoluxub. Şanxay epidemiyanın episentri olaraq qalır. Orada ötən gün 1015 nəfərin koronavirusla kəskin formada xəstələnməsi və 22 609 asemptomatik yoluxma halı qeydə alınıb. Şəhərdə ciddi karantin tədbirləri tətbiq edilib və virusun yayılmasının qarşısını almaq üçün ölkənin digər bölgələrindən əlavə tibb işçiləri, o cümlədən hərbi tibb işçiləri ora göndərilib./lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man