Şəmkirdə keçmiş məhkum qətl törədib

09 Aprel 2022 | 12:44
OXUNUB: 729

Şəmkir sakini küçədə keçmiş məhkum tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə aprelin 8-də saat 19 radələrində Qədimqala kəndi ərazisində şəhər sakini Samir Abdullayevin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun münaqişə zəminində S.Abdullayevə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man