Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini Radim Cəfərov rayon ərazisində saxlanılıb.
Həmin şəxsin üzərinə keçirilən baxış zamanı 4 kiloqrama yaxın narkotik maddə heroin və 400 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs bir müddət əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək, satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyib. Daha sonra isə ona narkotik vasitələrin Salyan rayonu ərazisində gizlədildiyi yer bildirilib və R.Cəfərov bu maddələri götürmək üçün qeyd edilən rayon ərazisinə gəlib. Həmin maddələri gizlədildiyi yerdən götürüb aparan zaman isə onu Salyan RPŞ-nin əməkdaşları saxlayıblar.
Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man