Avstraliyanın Melburn şəhərində keçirilən "Formula 1" Qran-prisində sərbəst yürüşlər başa çatıb.
"Report"un məlumatına görə, "McLaren" komandasının sürücüsü Lando Norris son yürüşdə bütün rəqiblərini qabaqlayıb. "Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncü olub. Yeddiqat dünya çempionu Lüis Hemilton 8-ci yerlə kifayətlənib.
Birinci sərbəst yürüşdə "Ferrari"dən Karlos Sayns, ikinci yarışda isə onun komanda yoldaşı Lekler finişə birinci çatıb.
Qeyd edək ki, bu gün Avstraliya Qran-prisində sıralama turu olacaq. Əsas yarış isə aprelin 10-da gerçəkləşəcək.
10 - 12 iyunda isə Azərbaycan Qran-prisi keçiriləcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man