“Time”: Ukraynanın Rusiyaya qarşı əsas silahı türk dronlarıdır

02 Mart 2022 | 23:43
OXUNUB: 3155
İngiltərənin məhşur "Time” dərgisi Rusiya-Ukrayna müharibəsində "Bayraktar” zərbə dronlarının oynadığı mühüm rolla bağlı məqalə dərc edib. 

Sfera.az "Time” jurnalına istinadən xəbər verir ki, "Bayraktar TB2”nin kiçik və yüngül olmasına baxmayaraq, effektiv iş əmsalı çox yüksəkdir. 

Məqalədə qeyd edilir:
 
""Bayraktar TB2” pilotsuz təyyarələri kiçik və yüngüldür (ABŞ ordusunun "Reaper” pilotsuz təyyarəsindən təxminən 7 dəfə yüngüldür), qanadları 12 metrdir ki, bu da onlara bir dəfəyə 30 saata qədər səmada qalmağa imkan verir. Onları istehsal edən "Baykar Technologies” şirkətinin təqdimat materialına görə, pilotsuz təyyarə lazerlə idarə olunan 4 raket daşıya bilər. ABŞ və Avropa hərbi analitiklərinin fikrincə, Rusiya ordusunun irəliləyişini ləngitməkdə türk dronları Ukrayna ordusunun ən böyük yardımçısı olub. Dronlardan istifadə Rusiya ordusunun zəif nöqtələrini də üzə çıxarıb. Ukrayna ordusunun yaydığı kadrlar Rusiyanın hava hücumundan müdafiə örtüyünün ciddi qüsurlarını göstərir ki, bu, bir çox müşahidəçilər üçün sürprizdir”.

Jurnal hərbi ekspertlərə istinadən yazır ki, pilotsuz uçan aparatlar XXI əsrdə hərbi münaqişələrdə əsas elementlərdən birinə çevrilib və Türkiyə indi əsas təchizatçılardan birididir:
 
"Son iki ildə Türkiyənin "Bayraktar” pilotsuz təyyarələri təkcə Ukraynada deyil, Efiopiya, Azərbaycan, Liviya və Suriyada da istifadə edilib. Keçən il Efiopiyada üsyançı qüvvələr paytaxt Əddis-Əbəbəni vurur, hökumət onları dronlarla dəf edirdi. 2020-ci ildə Azərbaycan-Ermənistan münaqişəsində türk pilotsuz təyyarələri Azərbaycanın Ermənistan üzərində qələbəsində həlledici rol oynadı”. 

"Time” bildirir ki, "Bayraktar TB2” digər dronlardan daha ucuz və aşağı risk altındadır:
 
""Bayraktar” dronlarının hər biri bir neçə milyon dollara Ukraynaya satılıb. Artıq bu dronlar öz dəyərindən dəfələrlə yüksək olan texnikanı məhv edib. Məsələn, bugünlərdə məhv edilən Rusiyanın yer-hava raket sistemi 50 milyon dollar dəyərindədir. Ukraynanın əməliyyat arsenalında təxminən 20 "Bayraktar” pilotsuz təyyarəsi var”. 

Jurnal bu dronların Türkiyəyə geosiyasi üstünlük verdiyini də qeyd edib.

Yeri gəlmişkən bildirək ki, Ukraynada "Bayraktar TB2”-yə aid musiqi hazırlanıb və həmin musiqi Ukrayna silahlı qüvvələri tərəfindən paylaşılıb.

Vasif
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man