Şəmkirdə sürücülər arasında mübahisə düşüb, ölən var

09 Aprel 2022 | 00:33
OXUNUB: 4859

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində iki sürücü arasında düşən mübahisədə biri digərini qətlə yetirib.

Avtosfer.az xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayon Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Daşkəsən rayon sakini 1983-cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi "TIR" tipli yük maşını ilə hərəkətdə olan zaman, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobil ötmə əməliyyatı aparan zaman qəza şəraiti yaranıb. Bu zaman sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birlərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man