Prezident İlham Əliyevin Brüssel səfəri – uğurlar, perspektivlər

08 Aprel 2022 | 22:06
OXUNUB: 928

 Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət həm müharibədən əvvəlki dövrdə, həm müharibə və həm də post-müharibə dövründə fərqli və dünyanın qabaqcıl siyasətləri ilə ayaqlaşacaq şəkildə formalaşmışdır. Bu səbəbdən də ölkəmiz azadlığını qazandığı gündən bu yana regiondakı bütün proseslərdə söz sahiblərindən ola bilmişdir. Elə bu gündə biz bu gedişatın daha təkmil formasını izləyə bilirik. 2020-ci ilin Vətən Müharibəsində qazandığımız uğur bu gün regionda məqsədlər həyata keçirmək niyyətində olan nəhəng dövlətlərin bizimlə bəzən fikir mübadiləsi aparmasına, bəzən bizdən razılıq gözləməsinə, bəzən dəstək istəməsinə bir sözlə hər hansı bir adda proyektlərdə bərabər addımlamalarına ehtiyac duyurlar. Post-müharibə dövründə Cənab Prezident İlham Əliyevin regiona vəd etdiyi sabitlik, inkişaf, dinamika ünsürləri artıq bütün Avropanın diqqətini o dərəcə də cəlb etmişdir ki, həmin dövlətlər prosesin bu yöndə sürətlənməsi üçün əllərindən gələni edirlər. İlk məsələ isə hələdə hansısa hegemon dövlətlərin vassalı kimi varlığını davam etdirən Ermənistan siyasətini, bu siyasətin başbilənlərini hazırki vəziyyətlə razılaşmağa və əməkdaşlığa qol qoymağa razı salmağa çalışırlar. Elə Brüssel görüşməsinin əsas qayələrindən biri də bu idi. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.  Danışıqların əsas məqamı hər zaman olduğu kimi Azərbaycanın ərazi bütövlüyü, kapitulyasiya aktına ciddi əməl olunması və regionda sabitliyin yaranması yolunda gedən proseslərə Ermənistan tərəfinin maneələr törətməməsi idi. Bu səbəbdən təsadüfi deyil ki, nəticə olaraq regionda gərginliyin azalması məsələsinin inkişafı üçün nızarət komissiyasının yaradılması və delimitasiya prosesinin həmin komissiyanın nəzarətinə verilməsi qərara alındı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu məsələlərdə AŞ-ın daima sabitlik və rifah yolunda bütün hadisələrə dəstək verəcəyini, tikinti-quruculuq işlərində Azərbaycana yardımlar edəcəyini vurğuladı. Görüşün diqqət çəkən məqamlarından biri də bu idi ki, sənədlərdə “Dağlıq Qarabağ” ifadəsi son otuz ildə “məsuliyyəti üstlənən” ATƏT-in Minsk qrupu və onların dırnaqarası fəaliyyətləri barədə heç bir fikir yer almayıb. Bu məsələ özlüyündə Azərbaycanın siyasi arenada qazandığı zəfərlərin önəmli parçalarındandır. Bu o deməkdir ki, bütün dünya kimi Ermənistan da 44 günlük Vətən müharibəsindən sonra dəyişmiş vəziyyətin hazırkı reallığını qəbul edir. Ermənistan rəhbərliyinin yola gəlməsi son zamanlar xeyli irəliləyən AŞ və Azərbaycan arasında əməkdaşlıqdan onlarında pay alması və regionun xəstə prinspiallıq düşüncəsindən arınıb sağlam əməkdaşlıqlar sferasında inkişafına səbəb olacaqdır. Çünki bu gün Avropa təşkilatları baş da Avropa İttifaqı Şurası olmaq istər Azərbaycanı istərsə də onun liderini regionda əsas söz sahibi kimi tanıyır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bundan sonrakı hadisələr ölkəmizə səmərə vəd edən formada reallaşacaq. Çünki hər bir halda istər masalarda istərsə də döyüş meydanında qazandığımız qələbələr danılmazlıq qazanmış və böyük təsir gücü qazanmışdır. Bu arada özünün hələ də regionda varlığını sərgiləmək istəyən Ermənistan siyasətinin bütün mənfur planları suya düşür və cəhdləri fiasko ilə üzləşir. İnanıram ki, regiondakı gücümüz düşmənlərimizi iqtisadi, siyasi cəhətdən sınağa çəkəcək və islah edəcəkdir.

Əfqan Həsənov – Şirvan Gənclər Evinin direktoru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man