Bakıda şagird müəllimi DÖYDÜ

08 Aprel 2022 | 21:44
OXUNUB: 1003

Bakıda orta məktəb müəllimi, 1985-ci il təvəllüdlü Anar Mustafayev şagird tərəfindən döyülüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 1-də Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə baş verib. 2005-ci il təvəlüldlü şagird M.K. xuliqanlıq zəminində müəllimi döyərək ona xəsarət yetirib. Müəllim xəstəxanaya müraciət etməsə də, faktla bağlı araşdırma aparılır. Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən bildirildi ki, 130 nömrəli tam orta məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Bundan dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man