Ağcabədidə iki əmioğlu külli miqdarda lotereya uduşuna görə əlbəyaxa davaya çıxıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, qohumlar arasında məbləğin bölünməsi ilə bağlı yaranmış anlaşmazlığa görə DİN-in 102 Zəng Xidmətinə müraciət edilib. Həmin şəxslər Ağcabədi RPŞ-yə dəvət olunub, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb, problemli məsələnin həll olunması üçün aidiyyəti üzrə yönləndirilib. Qohumların polis tərəfindən saxlanılması haqda yayılan məlumat həqiqətə uyğun deyil. Qeyd edək ki, əmioğlular lotereya bileti alaraq 200 min manat mükafat qazanıblar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man