Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, bir çox obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur:
“Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man