Moped sürücülərinin diqqətinə: Yol polisindən MÜHÜM TƏKLİF

İctimai nəqliyyat 08 Aprel 2022 | 16:10
OXUNUB: 778

“Moped idarə edən şəxslərə sürücülük hüququnun tətbiq edilməsi və dövlət qeydiyyatına alınmalarına dair Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən təkliflərin qanunvericiliyə əlavə edilməsi nəzərdə tutulur”.

Bunu Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. 

O bildirib ki, bu təklif gələcəkdə moped sürənləri yol verdikləri qayda pozuntularına daha məsuliyyətli davranmağa sövq edəcək:

“Bu, gələcəkdə kor-təbii şəkildə moped idarə edən şəxslərin ümumi istifadədə olan avtomobil yollarında digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmalarını əhəmiyyətli dərəcədə azaldacaq. Onlar daha məsuliyyətli olacaqlar. Yaxın zamanda qanunvericilikdə bu dəyişikliklərin olacağı nəzərdə tutulub”.

Qeyd edək ki, sürücülər tez-tez moped idarə edərək kuryer xidməti göstərən şəxslərin ehtiyatsız davranışlarından şikayətlənirlər. Bu istiqamətdə sosial şəbəkələrdə çoxsaylı paylaşımlara da rast gəlinir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man