Şəki polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

İctimai nəqliyyat 08 Aprel 2022 | 23:59
OXUNUB: 1362

2021/2022-ci tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir" və "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbir, bu gün Şəki şəhəri, 14 saylı tam orta məktəbdə keçirilib.

Tədbir, mövcüd pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə saxlanılmaqla keçirilib.

Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, polis şöbəsinin təşkilati inspektor qrupunun baş inpektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru İradə Abdullayeva, digər qonaqlar və müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

Tədbirin yekununda, Şəki şəhəri, 14 saylı tam orta məktəbin direktoru İradə Abdullayeva, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis şöbəsinin rəisi Azər Muradova və əməkdaşlarına öz minnətdarlığını bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man