Bakı metrosunda YENİLİK- İntihar hallarının qarşısını alan qapılar quraşdırılabilər

Yeniliklər 08 Aprel 2022 | 16:29
OXUNUB: 715

"Bakı Metropolteni" QSC-nin şərti adı "B-04" olan yeni stansiyasında platforma ilə stansiya yolu arasında xüsusi təhlükəsizlik qapılarının quraşdırılması üçün infrastruktur olacaq".

Bunu Avtosfer.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"PSD (platform screen door) dediyimiz qapıların quraşdırılması üçün bu stansiyada hər cür şərait yaradılacaq. Bunu indiyə qədər inşa edilmiş stansiyalarda tətbiq etmək isə bu mümkün deyil. Çünki onlarda həmin qapıların hərəkətə gətirilməsi üçün infrastruktur yoxdur. Biz əvvəllər "28 May" stansiyasında araşdırmalar apardıq. Məlum oldu ki, həmin qapıları quraşdırmaq üçün latformanın aşağı hissəsi daha da möhkəmləndirilməlidir", - deyə o, qeyd edib.

Xatırladaq ki, hazırda Avropanın bəzi şəhərlərinin metrolarında, o cümlədən Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda təhlükəsizlik qapıları var.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man