Prospektdə maşını arxaya idarə edən sürücüdəntəhlükəli anlar - VİDEO

Nəqliyyat TV 08 Aprel 2022 | 12:37
OXUNUB: 1215

Bakının mərkəzində sürücü yol qaydalarını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, Mirzəağa Əliyev və Füzuli küçələrinin kəsişməsində “Mercedes” markalı 90-NA-296 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını arxa-arxaya idarə edib. Bu hərəkətiylə o digər nəqliyyat vasitəsi iştirakçılarına ciddi təhlükə yaradıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı baku.ws-ə bildirib ki, sürücü həqiqətən də ətrafda olan insanların həyatını təhlükəyə atıb. “Çox güman ki, sürücünün bu yola necə girdiyi aydınlaşdırılmalıdır. Bu istiqamətdə sürücünün nəqliyyat vasitəsinin geri hərəkət etdirərkən təhlükəsizlik tədbirləri görülməlidir. Bizim tərəfimizdən raport tərtib ediləcək. Həmin sürücünün aşkarlanması üçün tədbirlər görüləcək”, - deyə Vaqif Əsədov açıqlamasında deyib.

Görüntüləri təqdim edirik:

 

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man