Şabranda avtomobil körpüdən aşıb, ər-arvad ağır xəsarət alıb - FOTO

07 Aprel 2022 | 23:00
OXUNUB: 968

Şabran rayonunda yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də qeydə alınıb. Belə ki, "Mitsubishi Pajero" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Qeyd edək ki, Ə.Əhmədov Xaçmazda özəl xəstəxanaların birində cərrah-həkim işləyir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man