Ukraynadan daha bir azərbaycanlı sürücü təxliyə olundu - FOTO

07 Aprel 2022 | 23:11
OXUNUB: 1067

“Ukrayna ərazisindən daha bir sürücü təxliyə olunub. Sürücü Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası ərazisindədir”.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu feysbukda yazıb. Onun sözlərinə görə, Q.Feyzullayev döyüşlərin ilk günündən Xerson şəhərində olub. Yaradılan humanitar dəhlizlə təxliyəsi baş tutub: “Bu günə qədər 35 yük avtonəqliyyat vasitəsi üzrə 38 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində bir azərbaycanlı sürücü qalmaqdadır. Onun da təxliyəsi istiqamətində aidiyyatı dövlət qurumları ilə birgə işlər görülür”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man