50 yaşlı Arxangelsk vilayətinin sakini Moskvanın Brateevskaya küçəsindəki mənzillərdən birində ev sahibi olan qadını öldürərək eyvandan düşərək qaçmaq istəyib.
Avtosfer.az Rusiya KİV-ə istinadən xəbər verir ki, nəticə kişinin istədiyi kimi olmayıb. Hadisə şahidlərinin dediyinə görə, kişi 4-cü mərtəbədəki eyvandan düşmək istəyərkən ayağı büdrəyib və bu zaman paltar asılan ipdən yapışıb. Lakin ip kişinin ağırlığına tab gətirməyərək qırılıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. Bundan sonra mənzilə baxış keçirilərkən orada kəllə-beyin travması alaraq öldürülmüş 59 yaşlı ev sahibəsinin meyiti aşkarlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man