Xırdalanda avtobus problemi yaşanır - "5 kilometrlik yolu piyada getməyə məcbur oluruq" - VİDEO

Gündəm 07 Aprel 2022 | 22:16
OXUNUB: 755

Abşeron rayonu, Xırdalan şəhərində yüzlərlə sakinin yaşadığı ərazidə yol, məktəb və digər infrastruktur var, ancaq marşrut xətti yoxdur. Sakinlər kilometrlərlə məsafəni piyada getmək məcburiyyətində qaldıqlarını deyirlər.

Avtosfer.az-ın məlumatına görə, söhbət Xırdalan şəhərinin Rəşid Behbudov küçəsindən gedir. Küçə Bakı-Quba yolundan başlamaqla Xırdalan şəhərinin içərisinə doğru 5 km uzanır. Sakinlər deyirlər ki, illər öncə burada 515 A nömrəli marşrut xətti olub. Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də yerli bələdiyyəyə müraciət etsələr də, indiyə qədər problem həll olunmayıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Mirhəmid Bağırov isə bildirdi ki, sözügedən ərazinin yaxınlığından 4 marşrut xətti keçir və həmin ərazinin sakinləri bu marşrutların xidmətindən istifadə edirlər. Onun sözlərinə görə, hazırda marşrut xətləri şəbəkəsinin optimallaşdırılması üzrə işlər aparılır. "Paralel, bir-birini təkrarlayan marşrut xətləri birləşdirilir, marşrut xətlərinin hərəkət sxemlərində dəyişikliklər edilir. Bu optimallaşdırma işləri çərçivəsində müraciətdə qeyd olunan ərazinin marşrut xətti ilə əlaqələndirilməsi məsələsinə də baxıla bilər",- deyə o bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man