Uşaqlarda mövsümi xəstəliklərin qarşısını almaq üçün nə etmək lazımdır?

02 Mart 2022 | 09:00
OXUNUB: 1790
Pediatr Dinara Bedretdinova uşaqlarda mövsümi xəstəliklərin qarşısının alınması üçün lazımi tədbirləri sadalayıb.

O, bildirib ki, ilk növbədə uşağın olduğu otaqda hava isti və quru olmamalıdır.

"Təmiz hava nəfəs almağı asanlaşdırır, orqanizmi oksigenləşdirir və havada virusların konsentrasiyasını azaldır. Ağız və burunun selikli qişasının vəziyyətini normal saxlamaq üçün otaqda rütubət 40-60 faiz, havanın temperaturu isə 22-24 dərəcə olmalıdır. İsti otaqda uşaqlar tərləyir, susuzluq baş verir, selikli qişalar quruyur”, - deyə həkim izah edib.

Pediatr vurğulayıb ki, soyuqdəymənin qarşısını almaq üçün uşağa bol maye vermək lazımdır.

Həmçinin, mütəxəssis aktiv həyat tərzi keçirməyi tövsiyə edib.

"Gündəlik gəzintilər, çimmək, düzgün qidalanmaq. Kifayət qədər təzə meyvə, tərəvəz və protein qəbul etmək, "fast food” və zərərli karbohidratları rasioandan çıxarmaq arzuediləndir. Normal yuxu və idman da sağlamlıq üçün vacibdir. Həmçinin, ictimai yerləri ziyarət etdikdən və gəzintidən sonra əllərin və üzün müntəzəm yuyulmasına önəm vermək lazımdır”, - deyə həkim əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man