Su polisinin əməkdaşları monitorinq tədbirlərinə start verib - FOTO

07 Aprel 2022 | 18:06
OXUNUB: 616

Balıqların kürütökmə dövrü ilə əlaqədar aprelin 1-dən balıq ovuna sentyabr ayının 1-nə kimi moratorium qüvvəyə minməsi ilə əlaqədar Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları monitorinq tədbirlərinə start verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, İdarənin Şəmkir Xətt polis məntəqəsinin əməkdaşları qanunsuz balıq torlarının yığışdırılması məqsədilə su hövzəsində reyd keçirib. Keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Polis əməkdaşları su hövzələrində 400 metrdən çox qanunsuz balıq torlarını aşkarlayaraq sahilə çıxarıb və torlarda aşkarlanan diri balıqları isə yenidən suya buraxıb.

Qeyd edək ki, reydlərin keçirilməsində məqsəd kürüləmə zamanı balıqların qeyri-ənənəvi üsullarla ovlanmasının, həmçinin su hövzələrində balıqlarını sayının kəskin azalmasının qarşısını almaqdan ibarətdir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man