"Ford F-150 Lightining" pikapı NASCAR yarışlarının yeni peys-karıdır

07 Aprel 2022 | 19:05
OXUNUB: 1004

Ford şirkəti növbəti dəfə NASCAR yarışları üçün peys-kar hazırlamaq hüququnu əldə edib. Üstəlik, bu vəzifə elektrokara həvalə ediləcəkdir. Keçən il bu vəzifənin icrası Mustang Mach-E modelinə tapşırılmışdırsa, bu il Ford F-150 Lightning elektrik pikapı NASCAR yarışlarının təhlükəsizlik avtomobili olacaqdır.

Ford nümayəndələrinin sözlərinə görə, onlar elektrik pikapının trekdəki imkanlarını nümayiş etdirmək üçün səbirsizliklə gözləyirlər. Ford F-150 Lightining pikapı üçün təkmilləşdirmələr nəzərdə tutulmayıb.

Yeni status Blu-Emu Maximum Pain Relief 400 loqotipinin və damdakı “çilçırağın” quraşdırılmasını nəzərdə tutur. Texniki cəhətdən dəyişiklik yoxdur: pikap 570 at qüvvəsi və 1051 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu ilə hərəkətə gələcəkdir. Pikapın yürüş ehtiyatı 370-483 kilometrdir.

Ən yüksək səviyyəli akkumulyatorla F-150 Lightning 100 km/saat həddinə 4,5  saniyəyə sürətlənir. “Şimşəyin” avadanlıq siyahısına sükan çarxına əllə toxunulmasına ehtiyac olmayan BlueCruise avtopilotu, 9,6 kilovata qədər gücü olan Pro Power Onboard xarici avadanlığın qidlandırılması sistemi, smartfon vasitəsi ilə rəqəmsal açar dəstəyi və bort elektronikasının “hava” üzərindən yenilənməsi daxildir.

Gərək olarsa, pikapıdan evi qidlandırmaq üçün cərəyan mənbəyi kimi də istifadə etmək olar. Onun generator rejimində nə qədər işləyəcəyi enerji istehlakından asılıdır, lakin enerjidən məntiqli istifadə zamanı bu müddət 10 gün ola bilər.

Əslində, Ford NASCAR yarışları üçün elektrikli avtomobilini təhlükəsizlik avtomobili kimi istifadə edən ilk istehsalçıdır. İlk dəfə batareyalı Focus modelinin bazasında hazırlanmış peys-kardan 2012-ci ilin aprelində Richmond International Raceway trekində istifadə olunub.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man