Türkiyənin ilk səsdən sürətli PUA-sı hazırlanıb

07 Aprel 2022 | 16:54
OXUNUB: 789

Türkiyənin TUSAŞ şirkəti ölkənin ilk səsdən sürətli Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin “SavunmaSanayiST” hərbi nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Milli resurslarla inkişaf etdirilən supersəs PUA-sı mühüm vəzifələri yerinə yetirəcək.

Sınaq fəaliyyətləri davam edən PUA şirkətin digər istehsalı yüksək sürətli “Şimşek” hədəf PUA-larından əldə edilən təcrübə ilə hazırlanıb.

Şirkət supersəs sürətə malik PUA-nın çoxsaylı prototiplərinin istehsalını tamamlayıb və onlarla müxtəlif sınaqlar həyata keçirir. Səsdən sürətli PUA radioelektron hücum, radioelektron dəstək və yalançı hədəf kimi bir çox kritik tapşırıqları yerinə yetirə biləcək.

PUA ən mühüm vəzifəsi “saxta hədəf” olmaq olacaq. Bu zaman PUA-dan düşmənin Hava Hücumundan Müdafiə sistemlərinin məhv edilməsi (SEAD) missiyalarında istifadə ediləcək.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man