İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırıldı

07 Aprel 2022 | 14:49
OXUNUB: 469

Türkiyənin İstanbul şəhərində ictimai nəqliyyat vasitələrində gedişhaqları artırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə qərar İstanbul Böyükşəhər Bələdiyyəsinin Nəqliyyat Koordinasiya Mərkəzinin keçirdiyi növbədənkənar iclasında verilib.

Beləliklə, İstanbulda elektron biletin qiyməti 5,48 lirədən 7,67 lirəyə, tam abunə haqqı isə 430 lirədən 602 lirəyə qədər artırılıb.

Bununla yanaşı, tələbələr üçün endirimli biletin qiyməti 2,67 lirədən 3,74 lirəyə artırılıb.

Taksilərdə də gedişhaqqı artırılıb. Belə ki, taksometrin açılış haqqı 7 lirədən 9,8 lirəyə qədər artırılıb.

Qiymət artımı aprelin 9-dan tətbiq olunacaq.

Həmçinin, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) Baş İdarəsinin aprelin 5-i keçirilən 2-ci fövqəladə iclasında suyun 1 kubmetri üçün qiymət 5,56 lirədən 7,22 lirəyə artırılıb.

Qeyd edək ki, hazırda 1 Türk lirəsi 0, 1153 manat təşkil edir.

“Qafqazinfo”

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man