Bir qədər əvvəl Agentliyin əməkdaşları əraziyə gəlib və yaranmış problemi aradan qaldırıb.
***
Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına asfalt çəkilməyib. Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə yola asfalt çəkilib. Həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirdi ki, məsələ bu gün həllini tapacaq:
“Əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Çünki bizim sahibi tapılmayan avtomobilin yerini dəyişməyə ixtiyarımız yoxdur. Bu gün artıq məsələ həllini tapacaq”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man