Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində olan hissəsində baş verib.
“Opel” markalı nəqliyyat vasitəsi yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “Vaz-2106” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ-2106” deformasiyaya uğrayıb. Qəza nəticəsində “Opel”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man