Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.
Avtosfer.az-ın xəbərinə görə, bəyanatda tərəflər Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə də toxunub.
Bildirilib ki, liderlər Ermənistan və Azərbaycan arasında, Cənubi Qafqazda kommunikasiya və əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycana nəqliyyat əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı tövsiyə edib.
Qeyd edilib ki, Aİ özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq qarşılıqlı əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.
Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man