ABŞ Ukraynaya daha çox tank əleyhinə raket kompleksi göndərəcək

07 Aprel 2022 | 09:12
OXUNUB: 1174

"ABŞ Ukraynanı silah və resurslar, o cümlədən “Javelin” tank əleyhinə raket kompleksləri yerləşdirməkdə davam edəcək.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

 

“Keçən cümə günü biz Ukrayna üçün yeni hərbi texnikanın: qabaqcıl pilotsuz uçuş aparatlarının, lazerlə idarə olunan raket sistemlərinin alınmasına milyonlarla dollar vəsait ayrıldığını elan etdik. Dünən mən "Javelin" raket sistemləri göndərmək üçün daha bir yardım paketini imzaladım”, - ABŞ Prezidenti bildirib.

 

Bundan əvvəl Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti Kiyevə hərbi yardım göstərərkən pilotsuz təyyarələrin, tank əleyhinə “Javelin” raket komplekslərinin və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemlərinin tədarükünə üstünlük verir. Onun sözlərinə görə, Amerika tərəfi hələ də 800 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində tədarükləri həyata keçirir.

 

Pentaqon, bununla yanaşı Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardım elan edib. Bu paket Ukraynaya təhlükəsizliyə yardım təşəbbüsünün bir hissəsi kimi həyata keçiriləcək.

 

Eyni zamanda, ABŞ konqresmenlərinin ikitərəfli qrupu Baydeni Ukraynaya daha çox silah, o cümlədən uzaq mənzilli yer-hava raketləri, gəmi əleyhinə raketlər və döyüş təyyarələri göndərməyə çağırıb

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man