Yol polisindən XƏBƏRDARLIQ: Bu sürücülər barədə ciddi tədbirlər görüləcək - VİDEO

İctimai nəqliyyat 06 Aprel 2022 | 23:13
OXUNUB: 3774

Son günlər moped və motosikletlərin iştrakı ilə baş vermiş qəzaların sayında artım var. Yol polisi belə nəqliyyat vasitlərini idarə edənlərə qarşı ciddi tədbirlər görməyə başlayıb. Bu məqsədlə paytaxtın müxtəlif hissələrində təşkil edilən reydlər zamanı, qaydaları pozan, sənədləri qaydasında olmayan moped və motosiklet sürücülərinin nəqliyyat vasitələri müvəqqəti duracaqlara aparılıb. 

Biri işıqforun qırmızı işığına məhəl qoymur. Digəri nəqliyyat vasitəsini piyada keçidində saxlayıb.

Başqasının isə ümumiyətlə sənədləri yoxdur. Görüntülər Bakı Şəhər Dövlət Yol Polis idarəsi ilə Nərimanov rayon yol polis şöbəsinin əməkdaşlarının bugün keçirdikləri reyddəndir.

Son günlər paytaxtda xüsusən də kuryer xidməti göstərən moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını tez-tez pozmaları müşahidə edilir. Bu, ciddi narahtlıq doğurduğundan paytaxtın müxtəlif hissələrində reydlər keçirilib. 

Reyd zamanı piyada səkisi ilə hərəkət edən, işıqforun qırmızı işığına məhəl qoymayan moped və motosiklet sürücüləri saxlanıblar. 

Yoxlamalar zamanı polisin qanuni tələbinə məhəl qoymayan sürücülər də aşkar edilib.

Qayda pozduğu üçün saxlanan bəzi sürücülərin isə ümumiyyətlə sənədlərinin olmadığı aşkar edilib. 

Qaydaları pozan və sənədləri olmayan sürücülərin nəqliyyat vasitələri müvəqqəti duracağa aparılıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, həmin sürücülərlə bağlı qanunvericiliyə dəyişiklik olunacaq.

Yol polisi bir daha xəbərdarlıq edir ki, reydlər hər gün şəhərin müxtəlif ərazilərinə aparılacaq və qaydaları pozan belə sürücülərin nəqliyyat vasitələri duracağa aparılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man