Qazla işləyən maşınlara nəzarət aktuallaşdı - Partlaya bilərmi?

Nəqliyyat xəbərləri 06 Aprel 2022 | 21:45
OXUNUB: 1834

Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışın səbəblərinin və təqsirkarların aydınlaşdırılması davam edir. Partlayış nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə yanaşı, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Bu faktlar əsasında cinayət işi başlanıb. İşin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.
Toplanan ilkin sübutlarla partlayışa obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilməsi səbəb olub. Gecə klubunda partlayışla bağlı cinayət işi üzrə artıq 3 nəfər həbs edilib.
Bu hadisə qaz balonlarının istifadə olunduğu digər obyektlərin vəziyyətini aktuallaşdırıb. Eləcə də qazla işləyən avtomobillərin təhlükəsiz hərəkəti məsələsi gündəmə gəlib. Hələlik bu sahədə ciddi qəza hadisəsinin baş verməməsinə baxmayaq, mütəxəssislər arxayınlığın yolverilməz olduğunu vurğulayırlar.
Qeyri-rəsmi statistikaya əsasən, Azərbaycanda alternativ yanacaq kimi sıxılmış qazdan istifadə edən maşınlar ümumi avtomobillrərin cəmi 5%-ni təşkil edir. Son dövrlərdə yanacağın bahalaşması onların sayını da artırıb.

Mövzu ilə bağlı fikirlərini index.az-la bölüşən ekspert Elməddin Muradlı maşınlarda sıxılmış qazın işləmə mexanizminin diqqətdə saxlanılmasını vacib sayıb: “Azərbaycanda son vaxtlar yanacağın qiyməti xeyli bahalaşdığına görə sürücülərin əksəriyyəti maşınlarına sıxılmış qazla işləyən cihazlar quraşdırırlar. Düzdü, bunun quraşdırılma prosesi, hansı ölkələrin şirkətlərinin istehsalı olması məsələsi sual doğura bilər. Məsələn, Çin firmaları həmin qaz balonlarını daha ucuz qiymətə quraşdırırlar. Sonradan sürücülər onun əziyyətini çəkirlər. Əksəriyyəti sonra ondan imtina edir, çünki mühərriki dağıdır, sıxılmış qazın işləmə mexanizmini düşgün tənzimləmir və s. Bu üzdən müxtəlif problemlər üzə çıxır”.
Son illərdə maşınlarda qaz balonlarının partlaması hallarının müşahidə edilmədiyini deyən E.Muradlı bunu texniki avadanlıqların müasirləşməsi ilə əlaqələndirib: “Bu gün artıq sıxılmış qaz balonları maşına quraşdırılır və xüsusi vasitələrlə izolyasiya olunur. O balonar da bir neçə qatdan ibarət olur ki, onun partlaması çətin məsələdir. Amma heç kim hadisədən sığortalanmayıb. Ola bilər sürücü hardasa səhvə yol verir, yaxud ucuz başa gəlsin deyə həmin cihazın quraşdırılmasını təsadüfi adama həvalə edir. Nəticədə xoşagəlməz hal baş verə bilər”.

Bunlardan yayınmaq üçün E.Muradlı maşına qaz balonu quraşdırarkən zəmanətli servis məntəqələrinin xidmətindən istifadə olunmasını tövsiyə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man