Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi aparılır - VİDEO

Yeniliklər 06 Aprel 2022 | 19:41
OXUNUB: 1259

Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi aparılır. Yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.Sürüşməyə qarşı tədbirlər çərçivəsində:
- 2.6 km olan svay istinad divarlarının,
- drenaj sistemlərinin tikintisi aparılır.

Qurğular 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir. Yolun ilk 2 km-lik ərazisi aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir.

Layihənin ilk 7 km-lik hissəsində;
- torpaq işləri,
- yol yatağının,
- mühəndisi qurğular,
- suötürücülərin,
- mövcud yolla kəsişmədə dairənin inşası aparılır.

Yolun 1-3-cü km-lik hissəsində;
- sürüşməyə qarşı svay bərkitmə,
- beton rigellərin inşası,
- yamacların mühafizəsi üçün bərkitmə işləri görülür.

Yolun 4.5-ci km-də 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir.

Layihə boyu davam etdirilir;
- drenaj sisteminin qurulması,
- dağüstü küvetlərin inşası.

Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Layihənin əsas məqsədləri:
- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- Regionda turizmin inkişafı.


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man