"Nissan" şirkəti Ariya modelinin kütləvi satışlarını yenidən təxirə salıb

06 Aprel 2022 | 19:19
OXUNUB: 1120

Nissan şirkəti yenidən özünün ilk elektrik krossoveri olan Ariya modelinin kütləvi satışlarını təxirə salıb. Bu barədə məlumatı Reuters agentliyi yayıb. 2020-ci ilin iyulunda debüt etmiş model, avtomobil sənayesinin artıq bir neçə ildir ki, mübarizə apardığı elektron komponentlərin qıtlığının qurbanı olub. B6 baza təchizatlı krossover bu ilin 12 may tarixində Yaponiyada satışa çıxmalıdır. Bununla belə, “bahalı” Limited Edition versiyası planlaşdırıldığı kimi, yanvar ayında satışda peyda olub.

Nissan yerli bazarda Ariya modelinə sifarişlərin qəbuluna keçən ilin yayında başlayıb. Lakin yarımkeçiricilərin və digər ehtiyat hissələrinin çatışmazlığı ucbatından yapon istehsalçısı elektrik krossoverinin kütləvi istehsalına başlaya bilməyib.

Plana əsasən, Nissan Ariya B6 baza versiyası Yaponiyada cari ilin mart ayında satışa çıxmalı idi. Əvvəlcə satışların başlanma tarixini aprel, sonra isə may ayının 12-nə keçiriblər. Yaponiyadan sonra Nissan Ariya modelinin satışlarına Avropada başlanmalıdır, ABŞ-da isə, krossoverin bu ilin payızında satışa çıxmasə gözlənilir. Əlbəttə ki, yarımkeçiricilərin qıtlığı mane olmazsa...

Nissan Ariya B6 modeli 218 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən yeganə elektrik mühərriki ilə hərəkətə gələn ön ötürməli krossoverdir. 66 kilovat-saatlıq batareya elektrik krossoverini 450 kilometrlik yürüyüş ehtiyatı ilə təmin edir.

Nissan Ariya Limited Edition versiyası isə həm bir, həm də ikimühərrikli güc qurğusu ilə hərəkətə gələn dörd versiyada təklif olunur. Güc qurğularının hasilatı müvafiq olaraq, 218 at qüvvəsi (300 Nm) və 394 at qüvvəsi (600 Nm) təşkil edir. Batareyalar da iki variantdadır: 66 və ya 91 kilovat-saatlıq. Krossoverin maksimal yürüyüş ehtiyatı 610 kilometrdir. Güc qurğusundan asılı olaraq, Ariya 100 km/saat həddini müvafiq olaraq, 7,5 və 5,1 saniyəyə toplayır.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man