Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb

Gündəm 06 Aprel 2022 | 15:09
OXUNUB: 3512

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub, o, saxlanılıb.

Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.

O qeyd edib ki, həmin qadın P.M. (ad, soy adı şərti) Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Xatırladaq ki, hadisə Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzinin yanında baş verib. Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini təpikləyib. Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man