Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev özünü toxunulmaz hesab edərək polisin qanuni əmrinə tabe olmaq istəməyən şəxslərə etirazını bildirib.
Avtosfer.az-ın məlumatına görə, DİN rəsmisi bu barədə sosial şəbəkə hesabında bildirib.
"Postmodernizm budur? Yeni dəb düşüb, başqa formada. Bəziləri özlərini sanki toxunulmaz elan edib. Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar. Hətta müraciətlər edilir ki, şəxsi avtomobilləri "xüsusi" işarələnməli, həmin avtomobillərə "xüsusi təyinatlı buraxılış" verilməlidir ki, polis onları dayandırmasın, radara düşməsinlər. İzah edir ki, "axı, mən filankəsəm..".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man