Bakı-Quba yolu nə zaman təmir olunacaq? - AÇIQLAMA

06 Aprel 2022 | 12:49
OXUNUB: 3040

Bakı-Quba yolunun, xüsusən, Qubadan paytaxta doğru olan ərazidə yolun hərəkət hissəsinin bəzi ərazilərdə sıradan çıxmış vəziyyətdə olması Agentlik olaraq bizi də narahat edir. 

Bunu Avtosfer.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, mütəmadi olaraq əraziyə cavabdeh olan məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən yolda təmir işləri icra olunur:

"Lakin, bu təmir işləri ərazidə müvəqqəti olaraq hərəkətin normallaşmasına gətirib çıxarır. Bir müddətdən sonra həmin təmir işləri əhəmiyyətini itir. Bu baxımdan, yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Bununla bağlı aidiyyəti üzrə məlumatlar təqdim olunub. Təqdim olunmuş məlumatlar əsasında Bakı-Quba yolunun mövcud Bakı-Sumqayıt hissəsinin 30 kilometri əsaslı şəkildə təmir olunub. Hazırda, yolun Sumqayıt-Tağıyev qəsəbəsi hissəsində əsaslı yenidənqurma işləri icra olunur. Bu işlər mərhələli şəkildə davam etdiriləcək".

Agentlik rəsmisi qeyd edib ki, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolu inşa olunur:

"Bu yolun inşasının 2022-ci ilin sonuna yekunlaşdırılması planlaşdırılır. Bu yol inşa edildikdən sonra hərəkət intensivliyi həmin yola köçəcək. Bundan sonra mövcud Bakı-Quba yolunda intensivlik azalmaqla həmin ərazidə əsaslı şəkildə yenidənqurma işlərinin maneəsiz aparlamsına şərait yaranacaq. Yolun Tağıyev qəsəbəsindən keçən hissəsində təmir işləri başa çatdıqdan sonra Bakı-Quba yolunun digər hissələrində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulur".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man